"20 Yanvar" şəhidlərinin ruhu anıldı
“20 Yanvar” faciəsinin otuzuncu ildönümü ilə əlaqədar ingilis dili müəllimi Aidə Səlimova dərs zamanı 20 Yanvar şəhidlərini andı. 1990-cı il yanvarın 19-dan 20-na keçən gecə Sovet Ordusunun türk soyuna qarşı insanlığa sığmayan qətliam törətdilər. Tanklarla şəhərə soxularaq yaşlı, cavan, uşaq bilmədən əli yalın insanları gözlərini qırpmadan əzdilər. Müəllim 20 Yanvar faciəsini əks etdirən qısa video rolik hazırlayaraq şagirdlərə nümayiş etdirdi. Dərsdə T.İ üzrə d.m Vüsalə Məmmədova və ingilis dili müəllimləri də cıxış edirdilər. Sonda T.İ. üzrə d.m Vüsalə Məmmədova çıxış edərək xalqımıza qarşı törədilən bu faciəni bir daha andı, şəhidlərimizə allahdan rəhmət dilədi.