Məktəbəhazırlıq sinfində "Vətənpərvərlik" mövzusunda söhbət aparıldı

   Əxlaq tərbiyəsinin ən mühüm komponentlərindən biri də vətənpərvərlikdir. Vətənpərvərlik öz elini, obasını, vətənini sevməkdə, onun inkişafına kömək etməkdə, vətəninin tarixini öyrənməkdə, sərhədlərini qorumaqda, lazım gələrsə canını vətənə qurban verməkdə, nümunəvi davranmaqda, yaxşı oxumaqda, vətəndən kənarda ona baş ucalığı gətirməkdə ifadə olunur. Uşaqlara kiçik yaşlarından vətəni, torpağı, milləti sevməyi aşılamaq gərəkdir.

   Şagirdlərin vətənpərvərlik tərbiyəsi işində müəllimlərin də rolu danılmazdır. Müəllim şagirdlərə vətənpərvərlik hissini aşılanayan zaman  onlarda həyat fəaliyyəti və təcrübələri millətimizə, xalqımıza, vətənimizə xeyir verən şəxsiyyətləri, vətənimizin azadlığı uğrunda şəhid olmuş igidləri tanımağına, oxuduqları əsərlərdəki qəhrəmanları, onların həyatı, bu insanları əhatə edən mühit barədə, siyasi quruluş barədə əhatəli biliklərə yiyələnmələrinə nail olur. Belə biliklər şagirdlərinin dünyagörüşünü zənginləşdirir, onlarda vətənpərvərlik, mərdlik, dünyaya açıq gözlə baxmağı, kimin irsindən öyrənməyi, hansı ideya ruhunda tərbiyə almağı öyrədir. Bu baxımdam məktəbin məktəbəhazırlıq sinif müəllimi Nuriyeva Əsli indidən öz şagirdlərində bu hissi yaradır. Dərs zamanı şagirdlər öyrəndikləri "Vətən" haqqında şeirlərini söylədilər. məktəbin Tərbiyə işləri üzrə direktor müavini Vüsalə Məmmədova və UBTR Günay Rəsulova kiçik şagirdlərimizi qürurla dinlədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi