Şagirdlərimizin yarışmada qalibiyyəti

    29 dekabr 2019-cu il tarixində məktəbin Əlif Hacıyev adına  3”C” sinif şagirdləri  Gülçin İsgəndərli, Mahir İsgəndərov, Nicat Hüseynli, Nəzrin Nəzərli İctimai Televiziyada yayımlanan “Yeddi Şüşə” əyləncə verilişində çıxış edərək qalib olublar. Verilişdə şagirdlərimiz 100  saylı tam orta məktəbin şagirdləri ilə qarşılaşıblar və nəticədə I yerə çıxıblar. Onuda qeyd edək ki, yarışda iştirak edən şagirdlərimiz həmçinin dərs əlaçılarıdır. Sinif rəhbəri tələbkar müəllim Ofelya Babayeva olan 3”C” sinfi demək olar ki, daima məktəbdə və digər dövlət tədbirlərində öz istedadları ilə seçiliblər.  İnanırıq ki, bundan sonra da məktəbin adını zirvələrə qaldıracaqlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi