Üç müsabiqə üzrə qaliblər mükafatlandırılıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ““Kiçik Akademiya” üzvləri arasında tədqiqatçılıq”, “Kiçik tədqiqatçılar”  və “Gəlin tanış olaq!” müsabiqələri qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

             Mərasimdə BŞTİ-nin müdiri Rəşad Tağıyev, İdarənin müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları, müəllimlər, valideynlər və şagirdlər iştirak ediblər.

           Tədbiri giriş sözü ilə BŞTİ-nin müdiri Rəşad Tağıyev açaraq qalib komandaları təbrik edib və belə müsabiqələrin keçirilməsinin şagirdlərin istedad və qabiliyyətlərinin inkişaf etdirilməsində, təlimə motivasiyasının yüksəldilməsində mühüm rolu olduğunu diqqətə çatdırıb.

Məktəbin 9”E” sinif şagirdi Həsənxanov Həsən bu müsabiqədə III yerə layiq görülərək BŞTİ tərəfindən diplom və hədiyyələrlə təltif olunub. Şagirdimizi təbrik edirik, daha yüksək nailiyyətlər qazanmağı arzulayırıq.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi