“Fövqəladə hallar uşaqların gözü ilə” mövzusunda IX Respublika Uşaq Yaradıcılıq Müsabiqəsi qaliblərinin mükafatlandırması

      26 dekabr tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında FHN-in, Azərbaycan Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı və FHN işçilərinin Həmkarlar İttifaqının dəstəyi ilə məktəblilər arasında “Fövqəladə hallar uşaqların gözü ilə” mövzusunda IX Respublika Uşaq Yaradıcılıq Müsabiqəsi qaliblərinin sərgisi və mükafatlandırma mərasimi keçirilib. Sərginin açılışında Fövqəladə Hallar nazirinin müavini tibb xidməti general-leytenantı Faiq Tağı-zadə, Təhsil nazirinin müavini İdris İsayev, Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov, UNICEF-in ölkəmizdəki nümayəndəliyinin Təhsil şöbəsinin rəhbəri Leyla Həsənova, FHN-in müvafiq strukturlarının rəhbərləri, KİV və ictimaiyyət nümayəndələri, valideynlər və qalib şagirdlər iştirak ediblər.

     Sentyabrın 27-dən start verilən müsabiqədə rəsm, plakat, əl işi, yanğın və qəza-xilasetmə texnikasının modeli, yumşaq oyuncaq nominasiyalarında məktəb, rayon və ümumrespublika birinciliyi mərhələləri üzrə keçirilib.  Müsabiqənin keçirilməsində məqsəd o idi ki, ictimaiyyətin diqqətinin fövqəladə hallarla bağlı problemlərə yönəldilməsi, məktəblilərə təhlükəsiz həyat fəaliyyəti və mədəniyyətinin aşılanmasıdır. Təqdim olunmuş işlər FHN, Təhsil Nazirliyi, Rəssamlar İttifaqı, Yazıçılar Birliyi və Rəssamlıq Akademiyasının nümayəndələrindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib və qaliblər müəyyənləşdirilib. Məktəbin X sinif şagirdi Aydan Quliyeva qaliblər sırasında idi. Sərgiyə baxışdan sonra müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Qaliblərə fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi