Cəfər Cabbarlının 120 illik yubileyi
Azərbaycan Respublikası prezidenti İlham Əliyev C.Cabbarlının 120 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzaladı. Yubileylə bağlı olaraq, məktəbin X sinif şagirdləri C.Cabbarlının işığına toplaşdılar. Şagirdlər qısa, lakin şərəfli ömür yolu keçmiş drammaturqun həyat və fəaliyyəti haqqında danışdılar. Ədibin 1918-1920-ci illər Cümhuriyyət dövründəki fəaliyyəti xüsusilə qeyd edildi. C.Cabbarlının bir drammaturq kimi ədəbiyyatımızdakı mövqeyi işıqlandırıldı.
Drammaturqun “Oktay Eloğlu” əsəri təhlil olundu. Oqtayın millət, xalq, teatr uğrunda apardığı mübarizəsinin şagirdlərimizə örnək olması fikirləri aşılandı. Şagirdlərimizdən Zeynəb Həsənova, Narın Ömərova, Elnura Sadıqzadə, Nərmin Məmmədova şeirlər səsləndirdilər. Ana dili və ədəbiyyat müəllimi Reyhan Qasımova C.Cabbarlı yaradıcılığında xüsusi olan “Ana” şeirinin ədəbiyyatımızdakı mövqeyini aydınlaşdırdı. Tərbiyə İşləri üzrə direktor müavini Vüsalə Məmmədova da ədib haqqında dəyərli fikirlərini söylədi.