İsmayıl Şıxlının 110 illiyi ilə əlaqədar "Dəyirmi masa"

     İsmayıl Şıxlının 110 illiyi ilə əlaqədar 11”B” sinfi ilə “Dəyirmi masa” keçirildi. İ.Şıxlının əsərlərindən “Cəbhə gündəlikləri”, “Ölüləri qəbirstanlıqda basdırın”, “Sapı özümüzdəndir” və “Dəli Kür” əsərləri müzakirə edildi. Məktəbin tərbiyə işləri üzrə direktor müavini Vüsalə Məmmədova İ.Şıxlının həyat və yaradıcılığından söz açdı. Ana dili və ədəbiyyat müəllimi Hicran Qasımova isə yazıçının əsərləri haqqında geniş məlumat verdi. 11 “B” sinif şagirdləri “Dəli Kür” əsərinin qısa video rolikine baxdıqdan sonra əsəri müzakirə etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi