Bitkilər oksigen mənbəyimizdir

      Məktəbin 1”C” sinif müəllimi Zərifə Məmmədova şagirdləri ilə birgə texnologiya fənnindən maraqlı dərs keçdilər. Belə ki, bizim balaca şagirdlərimiz təbiəti çox sevirlər. Onlar bilirlər ki, yaşıllıq nə qədər çox olarsa, insanlar bir o qadar sağlam olar. Respublikamızda keçirilən ağacəkmə kompaniyası uşaqlarda da böyük ruh yüksəkliyi yaratdı. Balaca olduqları üçün şagirdlərimiz bu aksiyanı sinifdə keçirdilər. Texnologiya dərsində sinifdə dibçəklərdə güllər əkdilər. Bütün sinif böyük həvəslə işə başladılar. Nəticədə şagirdlər gözəl dibçək gülləri əkib sinfə düzdülər. Dərsdə iştirak edən tərbiyə işləri üzrə direktor müavini Vüsalə Məmmədova uşaqların texnologiya dərsinə marağını təqdirə layiq hal kimi qiymətləndirdi. Təbiəti sevməyi, təbiəti qorumağı hər birinə tövsiyyə etdi. 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi