Bakı Şəhəri üzrə Təhsil İdarəsi Həmkarlar İttifaqı Komitəsinin hesabat görüşü keçirilib

    

Bakı Şəhəri üzrə Təhsil İdarəsi Həmkarlar İttifaqı Komitəsinin 2019-cu ilin yekunlarına həsr olunmuş hesabat görüşü keçirilib.

Görüşdə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ) sədr müavini, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Mirzə Cəfərzadə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Həmkarlar İttifaqı Komitəsinin sədri Teymur Əhmədov, BŞTİ-nin struktur bölmə rəhbərləri, məktəb direktorları və direktor müavinləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan BŞTİ-nin Həmkarlar İttifaqı Komitəsinin sədri Teymur Əhmədov Komitənin 2019-cu il ərzindəki fəaliyyəti haqqında hesabat məruzəsi ilə çıxış edib. Sonra öz səmərəli fəaliyyəti ilə fərqlənən təhsil işçilərinə BŞTİ Həmkarlar İttifaqı Komitəsinin Fəxri fərman və hədiyyələri təqdim olunub. Onların sırasında məktəbin Təlim Tərbiyə İşləri üzrə direktor müavini Həqiqət Gülalıyevanı Fəxri Fərmanla təltif olunduğuna görə təbrik edirik.

 

 

 

.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi