"Səttar Bəhlulzadənin anadan olmasının 110 illiyi"nə həsr olunmuş tədbir

Azərbaycan rəssamlıq məktəbinin ən görkəmli nümayəndələrindən biri, Azərbaycanın xalq rəssamı Səttar Bəhlulzadənin anadan olmasının 110 illiyi münasibətilə məktəbin kitabxanasında texnologiya müəllimi Yeganə Vətənxahın təşkilatçılığı ilə tədbir keçirilmişdir. Tədbirdə Tərbiyə İşləri üzrə direktor müavini Vüsalə Məmmədova, müəllimlər, şagirdlər iştirak etmişdir. Tədbirdə çıxış edən Müəllim Yeganə Vətənxah və şagirdlər bildirdilər ki,  rəssam öz əsərlərində Azərbaycanın tarixini, təbiətini və füsunkar mənzərələrini canlandırıb. İkinci dünya müharibəsindən S. Bəhlulzadənin diqqət mərkəzində tarixi mövzular, Azərbaycan təbiətinin inciləri, xüsusilə Abşeron yarımadası, Bakı kəndləri, neft buruqları və peyzajları dayanırdı. Daha sonra Səttar Bəhlulzadəyə həsr olunmuş video çarx nümayiş olunmuşdur. Ardınca isə rəsm əsərlərindən ibarət slayd nümayiş olunmuşdur. Sonda Məktəb rəhbərliyi tədbirin təşkilinə görə Yeganə müəllimə və şagirdlərə təşəkkür etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi