Akademik "Həmid Araslının anadan olmasının 110 illik yubileyi"nə həsr edilmiş "Dəyirmi masa"

        Azərbaycan Respublikası təhsil nazirinin 05.04.2019-cu il tarixli F-160 nömrəli əmrinə əsasən məktəbdə Azərbaycan elminin görkəmli nümayəndəsi, akademik "Həmid Araslının anadan olmasının 110 illik yubileyi"nə həsr edilən "Dəyirmi masa" keçirilib.

         Tədbiri məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Səadət Mahmudova açaraq Prezident İlham Əliyevin “Akademik Həmid Araslının 110 iliyinin qeyd edilməsi haqqında” Sərəncam imzaladığını söylədi. Səadət Mahmudov görkəmli alimin Azərbaycan ədəbiyyatşünaslığının müxtəlif istiqamətləri üzrə elmi fəaliyyətinə ətraflı nəzər saldı. Müəllim Səadət Mahmudova həmçinin bildirib ki, ədəbiyyatşünaslıq tariximizdə özünəməxsus yaradıcılığı ilə seçilən akademik qədim və orta əsrlər Azərbaycan ədəbiyyatının tədqiqi, şifahi xalq yaradıcılığının öyrənilməsi sahəsində böyük xidmətlər göstərib.

         Həmid Araslı  “Kitabi-Dədə Qorqud”, “Koroğlu” dastanları və aşıq yaradıcılığı ilə bağlı sanballı elmi əsərlər yazıb, həmçinin Qətran Təbrizi, Məhsəti, Xaqani, Nizami, Nəsimi, Şah İsmayıl Xətai və digər şairlər haqqında  hazırladığı tədqiqat işlərini nəşr etdirib. Şagirdlər Akademik Həmid Araslının ədəbiyyatşunaslıq, dastanşünaslıq sahəsində yaradıcılığından nümunələr gətiriblər.

     “Dəyirmi masa” şagirdlər və müəllimlər arasında diskussiya şəklində keçirilmiş və şagirdləri maraqlandıran suallar müəllimlər tərəfindən cavablandırılmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi