İngilis dilindən nümunəvi dərs

Məktəbin 9 “e” sinfində ingilis dili müəllimi Müzəyyan Şıxıyeva “Superstitions” (inanclar) mövzusunda nümunəvi dərs keçirdi. Dərsdə mövzuya uyğun video rolik, slaydlar və əyani vəsaitlərdən istifadə olundu. Şagird Ayan Qurbanova isə əlavə məlumatlar toplayaraq maraqlı təqdimat-layihə hazırladı. Dərs diskussiya şəklində aparıldı. Müzakirələrdən sonra müəllim Müzəyyan Şıxıyeva ən geniş yayılmış 5 inanc növü haqqında slayd təqdim etdi. Sonda müəllim şagirdlərdən xahiş etdi ki, özünüqiymətləndirmə aparsınlar və dərsə münasibətlərini bildirsinlər. Bunun üçün müəllim hər bir şagirdə qiymətləndirmə vərəqi təqdim etdi və onlar öz fikirlərini qeyd etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi