“ Valideynin məktəbdə bir günü “
Bakı şəhəri üzrə Təhsil idarəsinin 28 yanvar 2019-cu il tarixli F-66 əmrinə əsasən “Valideynin məktəbdə bir günü” layihəsinə həsr olunmuş tədbir həyata keçirildi. I-XI sinif şagirdilərinin valideynləri ilə akt zalında keçirilən görüşdə məktəbin Təlim Tərbiyə İşləri üzrə direktor müavini Həqiqət Gülalıyeva bu layihənin əsas məqamlarından, məktəbin fəaliyyəti, şagirdlərin nailiyyəti haqqında danışdı. Şagirdlərin buraxılış və qəbul imtahanlarında göstərdiyi uğurlar, statistik rəqəmlərlə bağlı məlumatları valideynlərin nəzərinə çatdırdı. Layihənin əsas məqsədi valideynin məktəblə qarışlıqlı fəaliyyət göstərməsi, şagirdlərin təhsilin inkişaf mərhələləri barədə məlumatlı olmasıdır. Tədbirdə Tərbiyə İşləri üzrə direktor müavini Vüsalə Məmmədova öz çıxışında müəllim-valideyn əməkdaşlığının şagirdlərin təlim-tərbiyəsindəki rolundan bəhs edərək valideynləri təhsil prosesinə cəlb etmək və onların məktəblə əlaqəsini daha da genişləndirmək üçün görülən intensiv işlərdən danışdı. Sonra valideynləri maraqlandıran suallar cavablandırıldı.