“Əlif Hacıyev – Qarabağın cəngavəri” adlı tədbir keçirilib

      13 dekabr tarixində məktəbin akt zalında Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin xatirəsinə həsr olunmuş tədbir keçrilib. Məktəbin 3c sinfinin hazırladığı tədbiri giriş sözü ilə sinif rəhbəri Ofelya Babayeva açıb, o, qəhrəmanın həyat və döyüş yollarından, torpaqlarımıza göz dikən düşmənlərə qarşı apardığı mübarizədən geniş söhbət açıb, qeyd edib ki, Əlif Hacıyevin ömür yolları bu gün məktəblilər üçün əsl örnəkdir.

Şagirdlərin hazırladığı şeir kompozisiyalırını tədbir iştirakçıları maraq və həssaslıqla qarşılayıblar, vətən, bayraq, Qarabağ mövzulu səhnələr qonaqların alqışları ilə müşayiət olunub.

      Tədbirdə jurnalist İlham Cəmiloğlunun ssenari müəllifi olduğu “Əlif Hacıyev – Qarabağın cəngavəri” filmi nümayiş etdirilib.

Tədbirə qatılan qonaqlar, Xətai rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, professor Şikar Qasımov, tarix üzrə fəlsəfə doktoru, polkovnik  Hikmət Xudiyev, YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov, Xocalı rayon İcra Hakimiyyətində İctimai-siyasi və humanitar məsələlər şöbəsində baş məsləhətçi, Bakı şəhəri üzrə nümayəndə Müharibə Veteranı Xəlil Vəliyev, Xocalı Veteranı. Xocalı aeroportunu qoruyan polis işçisi, Əlif Hacıyevin ən yaxın silahdaşı Nazim Hüseynov,  Azərbaycanın Milli Qəhrəmanı Bəxtiyar Allahverdiyev, pedaqoji elmlər doktoru, professor Akif Abbasov, jurnalist Fuad Abbasov, Əlif Hacıyevin bacısı Şükufə Hacıyeva və digərləri Əlif Hacıyevin ömür yollarından bəhs ediblər, qəhrəmanla bağlı xatirələrini və təəssüratlarını bölüşüblər.

      Muğam ustalarının ifaları tədbirə xüsusi rəng qatıb.

    Sonda məktəbin direktoru Elçin Abdullayev tədbir iştirakçılarına minnətdarlığını bildirib, bu səpkidə keçirilən tədbirlərin şagirdlərin vətənpərvərlik ruhunda böyüməsində önəmli rol oynadığını söyləyib və 3c sinfinin şagirdlərini fəxri fərmanlarla təltif edib.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi