Xətai rayon Məşğulluq Mərkəzi tərəfindən IX sinif şagirdləri ilə görüş təşkil edilmişdir

02 dekabr tarixində məktəbin akt zalında Xətai rayon Məşğulluq Mərkəzi tərəfindən IX sinif şagirdləri ilə görüş təşkil edilmişdir. Görüş zamanı şagirdlərin düzgün ixtisas seçiminə istiqamətləndirilməsində, onların  şüurlu yaradıcı əməyə hazırlanmasında, gələcəkdə peşə və ixtisas seçimində köməklik göstərilməsi məqsədi ilə “Gənclərin peşəyönümlü tərbiyəsi” mövzusunda söhbətlər aparıldı. Tədbirdə Xətai rayon Məşğulluq Mərkəzinin aparıcı məsləhətçisi Babək İsgəndərov və Dövlət Məşğulluq Xidməti idarəsinin baş məsləhətçisi Mətanət Əliyeva, məktəbin müəllimləri, psixoloq, UBR və IX sinif şagirdləri iştirak edirdilər. Tədbirdə  videoçarx nümayiş olundu. Sonda müəllim və şagirdlərin sualları cavablandırıldı, peşə seçimi ilə bağlı zəruri tövsiyələr verildi.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi