“Sən həmişə bizimləsən” adlı tədbir

12 dekabr - dahi şəxsiyyət Heydər Əliyevin anım günü ilə əlaqədar silsilə tədbirlər çərçivəsində “Sən həmişə bizimləsən” adlı tədbir keçirilib. Məktəb rəhbərliyinin və  VI - VII sinif şagirdlərinin iştirakı ilə keçirilən tədbirdə ilk öncə məktəbin tarix müəllimi Aidə Manafova Ulu Öndərin həyatı və siyasi fəaliyyəti haqqında məlumat verdi. Şagirdlər Ümummilli Liderə həsr olunmuş şeirlər söylədilər. Tədbirin sonu 9”ç” sinif şagirdi Alsu Hüseynovanın “ Xalq Heydər söyləyəcək “ mahnısı ilə yekunlaşdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi