Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illik yubileyinə həsr olunmuş tədbir

Prezident İlham Əliyevin “Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında” 2019-cu il 17 yanvar tarixli Sərəncamına əsasən 11 dekabr 2019-cu il tarixində məktəbin kitabxanasında Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

         Tədbiri giriş sözü ilə Ana dili və ədəbiyyat müəllimi Sevil Bağırova açaraq böyük yazıçının 150 illik yubileyinin ölkəmizdə silsilə tədbirlərlə qeyd edildiyini diqqətə çatdırdı, böyük sənətkarın həyat və yaradıcılığı barədə məlumat verdi. Şagirdlər öz çıxışları zamanı C.Məmmədquluzadənin dram əsərlərinin özündə milli dəyərlərini əks etdirməsindən və “Molla Nəsrəddin” jurnalının nəşrinə başlamaqla Azərbaycanda və eləcə də türk-müsəlman dünyasında ilk dəfə satirik jurnalistikanın əsasını qoyması haqqında danışıblar.

          Tədbirin sonunda şagirdlər Cəlil Məmmədquluzadənin əsərlərindən ibarət ədəbi-bədii kompozisiyalar təqdim ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi