Tanınmış şair, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu ilə görüş keçirildi

10 dekabr 2019-cu il tarixində məktəb rəhbərliyinin təşkilatçılığı ilə tanınmış nasir, şair, tərcüməçi, kinodramaturq, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu ilə görüş keçirildi. Tədbiri Tərbiyə İşləri üzrə direktor müavini Vüsalə Məmmədova açaraq qonaqları salamladı və Baba Vəziroğlunun yaradıcılığı haqqında məlumat verdi. Məktəbin Ana dili və ədəbiyyat müəllimi Səadət Mahmudovanın şairlə söhbəti çox maraqla qarşılandı. Məktəbin 8 “b” və 7 “ə” sinif şagirdlərinin ifasında şairin ən məşhur şeirləri səsləndi. Sözlərinə bəstələnmiş ən gözəl mahnıları xatırlandı. Tədbirdə baba Vəziroğlu iştirakçılara ən yeni yazdığı şeirlərindən oxudu. Ardınca müəllifin sözlərinə bəstələnmiş ən gözəl mahnılardan olan “Vətən” mahnısı uşaqların ifasında alqışlarla müşayiət olundu. Bədii hissənin sonunda məktəbin direktoru Elçin Abdullayev çıxış edərək Baba Vəziroğlu yaradıcılığına sevgisini bir daha nümayiş etdirdi. Məktəbin 10 “a” sinif şagirdi gənc rəssam Quliyeva Aydan şairin portretini ona hədiyyə etdi.

Baba Vəziroğlu şagird və müəllimlərin səmimi hislərindən təsirləndiyini bildirərək göstərilən diqqətə görə təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi