Ulu Öndər - Heydər Əliyevin anım gününə həsr olunmuş “Dəyirmi masa”

11 dekabr 2019-cu il tarixində məktəbin kitabxanasında ingilis dili müəllimi Müzəyyan Şıxıyeva 10 "B" sinif şagirdləri ilə birlikdə Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Dəyirmi masa” keçirdi. Tədbirdə məktəbin T.T.İ üzrə direktor müavini Həqiqət Gülalıyeva, T.İ üzrə direktor müavini Vüsalə Məmmədova, UBTR Günay Rəsulova, “Məktəblinin dostu” layihəsinin nümayəndəsi və ingilis dili müəllimləri iştirak etdilər.giriş sözü ilə tədbiri müəlim Müzəyyan Şıxıyeva açdı və Ulu Öndərin əziz xatirəsi bir dəqiqəli sükutla yad edildi. Sonra şagirdlər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında çox geniş məlumat verdilər. Həmçinin şagirdlər tərəfindən mükəmməl şəkildə hazırlanmış slayd təqdim olundu.

9-cu sinif şagirdləri “Azərbaycan” və “Heydər baba” şeirlərini ingilis dilində söylədilər.

Sonda tədbirdə iştirak edən qonaqlar çıxış edərək, Ulu Öndər haqqında bir neçə söz söylədilər. Tədbir Heydər Əliyevə həsr olunmuş slayd və roliklə sona çatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi