Dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə ağacəkmə aksiyası keçirilib.

Azərbaycan dünyada meşəsi az olan ölkələr sırasındadır. Meşə ilə örtülmə dərəcəsinə görə Azərbaycan dünya üzrə orta səviyyədən 3 dəfə geri qalır. Hazırda respublikada 12 faizədək ərazi meşə ilə örtülüdür. Lakin son zamanlar ölkəmizdə aparılan meşəbərpa və meşəsalma tədbirləri ekoloji vəziyyətin sağlamlaşdırılmasında vacib məsələdir”

 Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızda bir gündə 650 min ağac əkilməsi ilə bağlı təşəbbüsü böyük maraqla qarşılanıb. Bununla əlaqədar olaraq  06 dekabr 2019-cu il tarixində bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü ilə ölkədə keçirilən ağacəkmə aksiyası çərçivəsində Xətai rayonunda da ağac əkilib. 650 min ağac əkmək təbiətə 650 min canlı varlıq bəxş etmək deməkdir. Bundan başqa ağacəkmə aksiyası çərçivəsində məktəbin həyətində də yeni ağaclar əkilmiş və yaşıllıq sahəsinə qulluq edilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi