Ümummilli lider - Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir

      11.12.2019-cu il tarixində Ulu Öndərimiz Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirildi.  10e  sinfinin iştirakı ilə keçirilən tədbirin təşkilatçısı məktəbin tarix müəllimi Nigar Məmmədovadır.  Müəllim Nigar Məmmədova giriş sözü ilə tədbiri açıq elan etdi. O, Heydər Əliyevin fəaliyyəti barədə məlumat verdi. Tədbir keçirilən müddətdə şagirdlər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında məzmunlu çıxışlar etdilər.

        Çıxış edənlərdən Həkimli Mirtağı, Məlikli Sevda, Sadıqzadə Elmira, Süleymanlı Səriyyə, Omarova Narın, Məmmədova Nərmin, Əsədullayeva Lamiyə dahi şəxsiyyətin həyatı, onun hakimiyyətinin I dövrü,SSR-idə yüksək vəzifə daşıdığı dövrü, Heydər Əliyevin Azərbaycana qayıdışı, NMR-dakı fəaliyyəti, Azərbaycanda birinci prezidentliyi, Azərbaycanda ikinci prezidentliyi dövrü haqqında ətraflı,məzmunlu çıxışlar etdilər.

       Sonra Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən görüntülər nümayiş etdirildi. Tədbirdə T.İ üzrə d.m Vüsalə Məmmədova, UBTR Günay Rəsulova, “Məktəblinin dostu” layihəsinin nümayəndəsi, Ana dili və ədəbiyyat müəllimi Ülviyyə Fətullayeva və digər qonaqlar iştirak etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi