Şagirdlərimiz Milli Qəhrəman Məzahir Rüstəmovun ailəsini ziyarət etdilər

Məktəbin 1c sinfinə Azərbaycanın Milli Qəhrəmanı Məzahir Rüstəmovun adı verildi. Müəllim Zərifə Məmmədova Məzahir Rüstəmov haqqında şagirdlərə məlumat verdi. Uşaqlar çox böyük qürur hissi keçirdilər ki , sinifləri Milli Qəhrəmanın adını daşıyır. Məlum olduğu kimi şəhidin ailəsi məktəbə yaxın ərazidə yaşayır. 06.12.2019-cu il tarixində məktəbin Tərbiyə İşləri üzrə d.m Vüsalə Məmmədova, UBTR Günay Rəsulova, müəllim Zərifə Məmmədova şagirdləri və valideynləri ilə birlikdə Milli Qəhrəmanın ailəsini ziyarət etdilər. Şagirdlərin ziyarəti şəhidin anasını çox sevindirdi. O bildirdi ki, ilk dəfədir ki onları məktəblilər ziyarət edirlər. Məzahir Rüstəmovun necə vətənpərvər oğul olduğunu söyləyən ana çox qəhərləndi. Növbəti dəfə məhz Şəhidlər xiyabanında şəhidin məzarını ziyarət etmək olacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi