İbtidai sinif şagirdləri arasında “Kiçik tədqiqatçılar” müsabiqəsi keçirildi

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin F-436 nömrəli 21.11.2019-cu il tarixli əmrinə əsasən 06.12.2019-cu il tarixində məktəbdə “Kiçik tədqiqatçılar” müsabiqəsi keçirildi. II – IV sinif şagirdlərindən yaradılmış kiçik tədqiqatçılar komandaları təşkil olundu. Şagirdlərimiz “ Yol hərəkəti qaydaları və mən “ mövzusunda tədqiqat apardılar. İbtidai sinif müəllimi Zümrüd Hüseynovanın rəhbərliyi altında komandanın üzvləri Mədinə Əlibabayeva, Muhəmməd Hüseyn, Ema Bağırova, Fidan Həşimova, Nəzakət Rzayeva və Rəşid Həmidov idi. Hər bir komanda “Yol hərəkəti qaydaları” nın bir sahəsi üzrə tədqiqat işini araşdırdılar. Muhəmməd Hüseyn “Yol hərəkəti qaydaları”nın yaranma tarixi, Nəzakət Rzayeva “İşıqfor”un yaranma tarixi və əhəmiyyəti haqqında, Rəşid Həmidov yeraltı və yerüstü keçidlər haqında, Ema Bağırova “Yol nişanları” haqqında öz tədqiqatlarını araşdıraraq təqdim etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi