“Azərbaycanda qadın haqları: milli və beynəlxalq hüquq gənclərin gözü ilə” layihəsi üzrə inşa yazı müsabiqəsi keçirildi

07.12.2019-cu il tarixində məktəbin X-XI sinif şagirdləri arasında “Azərbaycanda qadın haqları: milli və beynəlxalq hüquq gənclərin gözü ilə” layihəsi üzrə inşa yazı müsabiqəsi keçirildi. İnşa müsabiqəsi Azərbaycan qadının cəmiyyətdə, təhsildə rolu, qadına qarşı zorakılıq və digər mövzuları əhatə edirdi. Təlim-tərbiyə İşləri üzrə direktor müavini Həqiqət Gülalıyeva, ana dili və ədəbiyyat metodbirləşmə sədri Reyhan Qasımova və digər ana dili müəllimlərinin iştirakı ilə keçirilən müsabiqədə şagirdlər yazdıqları inşanı müəllimlər qarşısında oxudular. Münsiflər şagirdlərin inşalarını ümumi 100 ballıq sistemlə qiymətləndirdilər. Sonda direktor müavini şagirdlərə etməli olduqları əlavələr haqqında tövsiyyələr verdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi