Üç müsabiqə üzrə qaliblər mükafatlandırılıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən “Kiçik Akademiya” üzvləri arasında tədqiqatçılıq, “Kiçik tədqiqatçılar”  və “Gəlin tanış olaq!” müsabiqələri qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.  Mərasimdə BŞTİ-nin müdiri Rəşad Tağıyev, İdarənin müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları, müəllimlər, valideynlər və şagirdlər iştirak ediblər. Tədbiri giriş sözü ilə BŞTİ-nin müdiri Rəşad Tağıyev açaraq qalib komandaları təbrik edib və belə müsabiqələrin keçirilməsinin şagirdlərin istedad və qabiliyyətlərinin inkişaf etdirilməsində, təlimə motivasiyasının yüksəldilməsində mühüm rolu olduğunu diqqətə çatdırıb. Məktəbin 9 ”E” sinif şagirdi Həsənxanov Həsən bu müsabiqədə III yerə layiq görülərək BŞTİ tərəfindən diplom və hədiyyələrlə təltif olunub. Şagirdimizi təbrik edirik, daha yüksək nailiyyətlər qazanmağı arzulayırıq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi