Pedaqoji şuranın növbəti iclası keçirildi
08.09.2025-ci il tarixində məktəbin pedaqoji şurasının növbəti iclası keçirildi. İclasda məktəb rəhbərliyi, müəllim heyəti və digər pedaqoji işçilər iştirak etdilər. Toplantının əsas məqsədi təlim-tərbiyə prosesinin keyfiyyətinin artırılması, cari tədris ilində əldə olunan nəticələrin dəyərləndirilməsi və qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi oldu.
İclasda təlim nailiyyətlərinin daha da artırılması üçün konkret təkliflər səsləndirildi. Müəllimlərə şagirdlərin maraq və ehtiyaclarına uyğun tədris metodlarından istifadə etmək, valideynlərlə sıx əməkdaşlıq qurmaq və təhsil resurslarından daha səmərəli istifadə etmək tövsiyə edildi.
Pedaqoji şura iclası qarşıya qoyulan vəzifələrin icrası ilə bağlı müvafiq tapşırıqların verilməsi ilə başa çatdı.