1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə məktəbimizdə bayram tədbiri keçirildi. Tədbirdə vurğulandı ki, bu əlamətdar gün uşaqların hüquqlarının qorunmasına, onların sağlam və xoşbəxt böyüməsinə, eyni zamanda cəmiyyətin diqqətini uşaqlara göstərilən qayğıya yönəltməyə xidmət edir. Bu cür tədbirlər uşaqlarda özlərinə inam hissini artırır, onların sosial bacarıqlarının inkişafına müsbət təsir göstərir. Uşaqların səsləndirdiyi şeirlər, ifa etdikləri mahnılar, rəqslər, kiçik yaşlı şagirdlərin hazırladığı səhnəciklər tədbirə xüsusi rəng qatdı. Məktəbimizdə keçirilən bu bayram tədbiri hər kəsin yaddaşında unudulmaz iz buraxdı.