Valideynin məktəbdə bir günü

30 may 2025-ci il tarixində məktəbimizdə “Ailəm və məktəbim” layihəsi çərçivəsində “Valideynin məktəbdə bir günü” adlı maarifləndirici və maraqlı tədbir təşkil olundu. Bu tədbirin əsas məqsədi valideynlərin məktəb mühitində bir gününü yaşamaq, uşaqların təhsil aldıqları şəraitlə yaxından tanış olmaq və onların məktəb həyatına daha aktiv şəkildə daxil olmalarını təmin etmək idi. Tədbir həm şagirdlər, həm də valideynlər üçün çox faydalı və mənalı oldu. Tədbirin başlanğıcında valideynlər məktəbimizin sinif otaqları və labaratoriyaları ilə tanış oldular. Onlara məktəbimizin zəngin tarixi və milli-mədəni irsimizi əks etdirən etnoqrafiya muzeyi təqdim edildi. Valideynlər məktəb kitabxanasında olan kitablarla yaxından tanış oldular. Bundan əlavə, şagirdlərin əl işlərindən ibarət sərgi valideynlər tərəfindən yüksək qiymətləndirildi.Valideynlər həmçinin məktəbimizin kimya və fizika laboratoriyalarına, informatika otağına və “Cerebry” kabinetinə ekskursiya etdilər. Bu laboratoriyalar və kabinetlərdə uşaqların təhsili üçün yaradılmış yüksək səviyyəli şərait valideynləri sevindirərək, onlarda qürur hissi yaratdı.Ekskursiyadan sonra valideynlər məktəbin akt zalına dəvət olundular. Tədbirin ən rəngarəng və ürəkaçan hissəsi isə şagirdlərin ifasında səslənən musiqi parçaları, rəqs kompozisiyaları və səhnəciklər oldu. Şagirdlərin enerjili və səmimi çıxışları tədbir iştirakçılarını valeh etdi və tədbirə xoş ovqat, canlılıq gətirdi. Valideynlər şagirdlərin istedadını yüksək qiymətləndirərək onları alqışlarla dəstəklədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi