İnformasiya texnologiyalarının təhsildə rolu və “Kiçik Akademiya”

İstedadlı şagirdlərin üzə çıxarılması, onların bilik və bacarıqlarının, potensialının inkişaf etdirilməsi istiqamətində məktəbimizdə silsilə tədbirlər, müsabiqələr və yarışlar təşkil olunur.  Bu gün 2024-cü il dekabr ayının 29-da məktəbimizdə “ Kiçik Akademiya ” nın növbəti təqdimatı keçirildi. ”Kiçik Akademiya"nın üzvləri olan Xa sinif şagirdlərinin İnformatika fənni üzrə hazırladıqları elmi yaradıcılıq işləri böyük marağa səbəb oldu.” Kompüter virusları və onlara qarşı mühafizə texnologiyaları” mövzusunda Xa sinif şagirdi M əhəmməd  Bünyatovun təqdimatı şagirdlərimizin bu sahəyə ciddi marağından xəbər verirdi. Xa sinfində təhsil alan digər şagirdlərdən Nurlan  Səlimovun “ Biometrik üsullara görə indentifikasiya ( göz qişası, barmaq izi, üz cizgiləri və.s) məsələləri” mövzusunda təqdimatı və çıxışı hər kəs tərəfindən böyük maraq və alqışlarla qarşılandı. “Kiçik Akademiya” nın üzvləri Kənan  Sadıqlı və   Ümüd  Rəsulzadə  "  Ehtimal nəzəriyyəsi və   kompüter elmində rolu”  mövzusunda çıxış etdilər. Məlum olduğu kimi,  informasiya texnologiyaları son illərdə həyatın müxtəlif sahələrində olduğu kimi təhsil sahəsində də mühüm yer tutur. İT – nin təhsildəki rolunu yüksək dəyərləndirən şagirdlərimizin “ Kiçik Akademiya” dakı fəaliyyəti təqdirəlayiqdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi