100 İLLİK ŞANLI TARİX
Məktəbimizdə uşaq birliyi rəhbəri Aysel Əlişova və 6ç sinfinin sinif rəhbəri Hüsniyyə Əkbərovanın təşkilatçılığı ilə “100 illik şanlı tarix” mövzusunda tədbir keçirildi. Tədbirdə Əkbərova Hüsniyyə çıxış edərək qeyd etmişdir: “Naxçıvan diyarı Azətbaycanın çoxəsrlik zəngin keçmişində layiqli yer tutmuş, ictimai-siyasi və elmi-mədəni həyatında özünəməxsus rol oynamışdır. Naxçıvan Azərbaycan xalqına və dünyaya dahi insanlar, mütəfəkkirlər, sərkərdələr bəxş etmişdir. Ulu Öndər Heydər Əliyev belə şəxsiyyətlərin fövqündə dayanan əvəzolunmaz dünya lideridir. O, həyatı boyunca doğma Vətəninə, xalqına sadiqlik nümunəsi göstərib, ölkəmizin tərəqqisi, yüksəlişi üçün əlindən gələni edib. Dahi lider Naxçıvanın davamlı inkişafını hər zaman diqqətdə saxlayıb, onun gələcəyi ilə bağlı ən vacib qərarların qəbul edilməsinə nail olub. Naxçıvan dünyada ən qədim insan məskənlərindən biri hesab olunur. Təsadüfi deyil ki, Azərbaycanın memarlıq inciləri olan Möminə Xatun türbəsi və Xan Sarayı da məhz Naxçıvanda yerləşir. Bu diyarda qədim tikililərə, müxtəlif əsrlərə aid tarixi abidələrə, mədəni irs nümunələrinə rast gəlmək mümkündür. Naxçıvan haqqında çox sayda rəvayətlər və əfsanələr mövcuddur.” Şagirdlər video çarxda Naxçıvanın tarixi, mədəniyyəti barədə videoları izlədilər. Sonda şagirdlərin fikirləri dinlənildi.