Valideynlərlə maarifləndirici görüş keçirildi
Məktəbimizdə valideynlərlə növbəti maarifləndirici görüş təşkil edildi. Görüşdə şagirdlərin buraxılış imtahanlarına hazırlıq vəziyyəti, şagird davranış qaydaları, eyni zamanda reproduktiv sağlamlığa dair müzakirələr aparıldı. Şagirdlərin pedoqoji – psixoloji cəhətdən buraxılış imtahanlarına hazırlığının təmin edilməsinin vacibliyi barəsində sinif rəhbərləri və onların fənn müəllimləri ətraflı fikir bildirdilər. Çıxış edənlər “şagird davranış qaydalarının tətbiqi” mövzusunda da valideynləri bir daha da məlumatlandırdılar. Bu sahədə mütəmadi olaraq valideyn dəstəyinin zəruri olduğunu diqqətə çatdırdılar. Reproduktiv sağlamlıq mövzusunda isə biologiya müəllimi Rövşanə Həsənəliyeva çıxış edərək yeniyetməlik dövründə uşaqlarla düzgün rəftar, sağlam valideyn – övlad münasibətlərinin qurulması, uşaqların gigiyenasına riayət etməyin vacibliyi barəsində tövsiyələrini verdi. Görüşün sonunda valideynləri maraqlandıran suallar cavablandırıldı.