Fövqəladə hallar zamanı davranış qaydaları
21.10.2024 və 28.10.2024 –cü il tarixlərində Fövqəladə hallar zamanı davranış qaydalarının öyrədilməsi məqsədilə məktəbimizin V - IX, X-XI sinif şagirdləri üçün maarifləndirici söhbətlər təşkil olundu. Şagirdlər ilk növbədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin üzərinə düşən vəzifələr ilə tanış edildi, daha sonra onlara əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində görülən fəaliyyətlər haqqında ətraflı məlumatlar verildi. Ölkəmiz üçün, yaşadığımız əraziyə xas olan təbii fəlakətlər , texnogen xarakterli fövqalədə hallardan qorunmağın yolları izah olundu. Fövqalədə hallar zamanı şagirdlərin ilk davranış qaydaları video çarxlar və video təqdimatlar vasitəsilə nümayiş olundu.