Beynəlxalq Məktəb Kitabxanaları Günü

     Kitabı uşaqlara ən yaxşı tanıdan kitabxanalardır. Məktəbimizin kitabxanasında   ayrı-ayrı fənlərə aid əlavə materialları, tarixə, ədəbiyyata dair müxtəlif kitabları, ensiklopediyaları, bir sözlə, axtarılan sualların əksəriyyətinə cavab verəcək mənbələri tapmaq mümkündür. 

     22 Oktyabr  -  “ Beynəlxalq Məktəb Kitabxanaları Günü”  ilə  əlaqədar  məktəb  kitabxanasında  tədbir keçirildi. Tədbirdə  " Beynəlxalq Məktəb Kitabxanaları Günü " nün   qeyd olunması barədə  iştirakçılara  məlumat  verildi.   Qeyd olundu ki, " Beynəlxalq Məktəb Kitabxanaları Günü " YUNESKO-nun təşəbbüsü ilə 1999-cu ildən  etibarən  qeyd olunur.   İlk dəfə bu günün qeyd olunmasını Beynəlxalq Məktəb Kitabxanaları Birliyinin prezidenti Blanş Vullz elan edib. 2005-ci ildə bu bayramın rəsmi statusunu birliyin yeni prezidenti Piter Cenko təsdiqləyib. 

     Verilmiş məlumatlar  şagirdlərin  marağına  səbəb oldu. 

   

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi