Hüquqlarımızı öyrənək
Ümummilli Lider Heydər Əliyev tərəfindən 1998 – ci il iyunun 18 – də ölkəmizdə ilk “İnsan hüquqlarının müdafiəsinə dair “Dövlət Proqramı” təsdiq olunmuşdur. Bununla bağlı olaraq məktəbimizin VI ç sinfində maarifləndirici söhbət aparıldı. Qeyd olundu ki, insan hüquqlarının təmini dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən olunmuşdur. Dahi liderin siyasi kursunun layiqli davamçısı İlham Əliyevin 2007 – ci il 18 iyun tarixli sərəncamı ilə iyunun 18 – i Azərbaycan Respublikasında İnsan Hüquqları Hüquqları Günü kimi təsis edilmişdir. Şagirdlərin nəzərinə çatdırıldı ki, cəmiyyətdə hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsi dövlətimiz tərəfindən hər zaman diqqətdə saxlanılmışdır. Yaşından asılı olmayaraq hər birimiz hüquqlarımızı bilməliyik.