Bitkilərə qulluq edirik!

16.05.2024-cü il tarixində məktəbimizin biologiya müəllimi F.Əliyeva şagirdlərlə bitkilər aləminə həsr olunan maarifləndirici söhbət apardı. "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində təşkil olunan söhbət zamanı fənn müəllimi tədris etdiyi biologiya elminin geniş imkanlarından istifadə edərək dərman bitkilərinə qulluq qaydaları barəsində ətraflı məlumat verdi. Şagirdlər də təbiətin yaşıl bitki örtüyü və onun qorunmasının vacibliyi haqqında fikirlərini bölüşdülər. Sonda təbiətsevərlər bitkilərə qulluq qaydalarını əyani nümayiş etdirərək onların daha da yaxşı inkişafına yardımçı oldular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi