3 - cü siniflərdə monitorinq
15.05.2024-cü il tarixində məktəbimizdə MUTDA Bakı şəhəri üzrə Təhsil İdarəsinin Təhsilin keyfiyyətinə nəzarət sektorunun təqdim etdiyi materiallar əsasında 3-cü siniflərdə tədris dili, riyaziyyat və xarici dili fənlər üzrə monitorinq keçirildi. Monitorinq təhsil müəssisələrinin inkişafına dəstək və şagird nailiyyətlərinin təhlili məqsədilə aparıldı. Monitorinqin obyektiv keçirilməsi üçün nəzarətçilər qeyri–ixtisas fənn müəllimlərindən təyin olundu. Şagirdlərə 40 tapşırıqdan ibarət iki variantda test kitabçaları paylandı, tapşırıqlara cavab vermək üçün 90 dəqiqə vaxt ayrıldı. Monitorinq təlimatın tələblərinə uyğun şəkildə keçirildi və yekunlaşdı.