Heydər Əliyev və çiçəklənən dünyamız

30.04.2024 – cü il tarixində “Yaşıl dünya həmrəylik ili çərçivəsində Tədbirlər Planına uyğun olaraq məktəb kitabxanasında VIç sinif şagirdlərinin, kitabxana müdiri G.Mirzəyeva, uşaqlarla sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçı, İ.Məlikova, Uşaq Birliyi Rəhbəri  A.Əlişova,  Azərbaycan dili və ədəbiyyat müəllimi   E.Salmanovanın təşkilatçılığı ilə “Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu" adlı elm-praktik konfrans təşkil olundu. Tədbirdə bildirildi ki, Ulu Öndər Heydər Əliyev respublikamız üçün aktual olan ekoloji problemlərin davamlı inkişaf prinsipləri əsasında həll edilməsi istiqamətində ardıcıl işlər həyata keçirib. Qeyd olundu ki, ekoloji vəziyyətin yaxşılaşdırılmasına ciddi önəm verib. Dövlətçiliyimizin inkişafında misilsiz xidmətləri olan Heydər Əliyevin rəhbərliyi dövründə ölkəmizin fauna və flora müxtəlifliyinin qorunub saxlanılması, ətraf mühitin mühafizəsi diqqətdə saxlanılmışdı. Şagirdlərin nəzərinə çatdırıldı ki, Ümumilli Lider Heydər Əliyevin uzaqgörən, ekologiya sahəsindəki tövsiyələri bu gün də rəhbər tutulmaqdadır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi