20 Yanvar mövzusunda diskusiya
18.01.2024 – cü il tarixində şagird parlamentinin üzvləri ilə “20 Yanvar” mövzusunda diskusiya keçirildi. Diskusiyanın keçirilməsində məqsəd xalqımızın demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq istəyən, xalqı təhqir edərək ona mənəvi zərbə vurmağa çalışan düşmənlərin bəd əməllərini ifşa etmək idi. Müzakirə zamanı parlament üzvlərinin hər biri bu mövzu ilə bağlı fikirlərini bildirdi, mühazirələr dinlənildi. Şagirdlər 1990 – cı ilin yanvarında Azərbaycanda yaşanan təlatümlü günləri yada saldılar, azadlıq əldə etmək istəyən xalqın bu yolda qarşılaşdığı çətinliklər müzakirədə qeyd edildi.