Ümummilli Lider Heydər Əliyevin 100 illiyi

Bütün dövrlərdə hər bir xalqın tarixində onun xilaskarı kimi dərin izlər qoyan və xalqın fəxrinə çevrilən dahi şəxsiyyətlər olmuşdur. Azərbaycan xalqının da tarixində xilaskar kimi böyük fəxrlə yad etdiyimiz dahi şəxsiyyət Ulu öndərimiz Heydər Əliyevdir. Heydər Əliyev irsinin və həyat fəlsəfəsinin daha dərindən öyrənilməsi məqsədilə məktəbimizin XI a sinif şagirdlərinin iştirakı ilə sinif təşkilat saatında tədbir keçirildi. Tədbirin mövzusu “ Ümummilli Lider Heydər Əliyevin 100 illiyi” idi. Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Sonra sinif rəhbəri şagirdlərə H.Əliyevin zəngin dövlətçilik irsi və həyat fəaliyyəti barədə ətraflı məlumat verdi. O qeyd etdi ki, Ulu öndərin həyat və yaradıcılıq fəlsəfəsi öz xalqına həmişə sədaqətlə xidmət etmək, Azərbaycan Respublikasını müstəqil bir dövlət kimi formalaşdırmaq və onu dinamik inkişaf yoluna qoymaq olmuşdur. Mövzu ilə bağlı maarifləndirici videoçarxlar da nümayiş olundu. Sonda şagirdlərə belə bir fikir aşılandı ki, Heydər Əliyev irsini daim öyrənmək, qorumaq, təbliğ və tətbiq etmək bugünkü və gələcək nəsillərin qarşısında duran ən vacib məsələdir.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi