Narkomaniyaya yox deyirik!

01.11.2022-ci il tarixdə məktəbimizin 11a sinfində                “Narkomaniyaya yox deyirik!“ adlı tədbir keçirildi. Sinif rəhbəri çıxış edərək tədbirin təşkil olunmasının əsas məqsədi barəsində məlumat verdi. O, çıxışında bildirdi ki, narkomaniya bəşəriyyətin bəlasına çevrilib. Bu bəlanın qarşısının alınması üçün sağlam mühit və sağlam gələcək formalaşdırmaq vacibdir. Sabahın astanasında dayanan 11-ci  siniflər  bu baxımdan daha çox maariflənməyə ehtiyacı olduğunu qeyd edən sinif rəhbəri   " həyatda ən vacib amil sağlamlıqdır" fikrini önə çəkərək onlara müvafiq tövsiyyələrini verdi. Tədbirdə şagirdlər də məruzə edərək ağ ölümün fəsadlarından danışdılar. Həyatın burulğanına aparan amansız bəlaya düçar olmamaq üçün hər zaman ayıq-sayıq olacaqlarını vurğuladılar. Tədbirin sonunda narkotiklərin insan orqanizminə məhvedici təsirlərini əks etdirən slaydlar nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi