UĞUR QAZANAN ŞAGİRDİMİZMəktəbin 5c sinif şagirdi Əzizova Aylan "Qəlblərin harmoniyası 2" adlı uşaq və gənclərin rəqs festivalında müvəffəqiyyətlə iştirak edib. Şagirdimiz Aylan ll yerə layiq görülüb və Fəxri diplomla təltif olunub.
Uğur qazanan şagirdimizi təbrik edir ,uğurlarının davamlı olmasını diləyirik.
Qalib şagirdimizMəktəbin 11 "c" sinif şagirdi Yaşar Qurbanov 16-17 dekabr 2023-cü il tarixində keçirilən Ağırlıqqaldırma üzrə Azərbaycan Kuboku yarışında 96kq çəki dərəcəsində l yerə layiq görülüb və sertifikatla təltif olunub.
Şagirdimizi təbrik edir ,uğurlar arzulayırıq.
“Kiçik Akademiya” komandamızın uğuru“Heydər Əliyev İli”nə həsr olunmuş "Kiçik Akademiya" üzvlərinin I ümumşəhər konfransına hazırlıq görüşü keçirilib. Sabunçu rayonu ümumi təhsil müəssisələri üzrə “Kiçik Akademiya” üzvlərinin iştirak etdiyi rayon konfrasında 47 məktəbdən 39 məktəb iştirak edib. Konfransda 90 nömrəli məktəbin "Kiçik Akademiya" komandası lll yerə layiq görülüb.