“Ən yaxşı məktəb saytı” müsabiqəsinin qalibiyikPaytaxtın ümumi təhsil müəssisələri arasında təşkil olunan “Ən yaxşı məktəb saytı” müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsində keçirilən tədbirdə İdarənin müdir müavini Anar Məmmədov, Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov, qalib məktəblərin direktorları və məktəblərin saytının idarə edilməsi üzrə məsul şəxslər iştirak ediblər. Bakının 12 inzibati rayonunu əhatə edən müsabiqənin 2022-2023-cü tədris ilinin nəticələrinə görə, qaliblər sırasında Sabunçu rayonu üzrə məktəbimiz-90 nömrəli tam orta məktəb də var. Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən məktəbimiz "Ən yaxşı məktəb saytı" müsabiqəsinin qalibi seçilərək diplomla təltif olunub. Tədbirdə çıxış edən Anar Məmmədov qalibləri təbrik edib və müsabiqənin keçirilməsinin əhəmiyyətindən danışıb. Bildirib ki, müsabiqə məktəb saytlarının fəaliyyətinin səmərəliliyinin artırılması, bu sahədə təcrübə mübadiləsinin genişləndirilməsi və təhsil müəssisələrinin həyatındakı yeniliklərin ictimaiyyətə daha operativ çatdırılması məqsədilə keçirilir. A.Məmmədov məktəb saytlarını ümumi təhsil müəssisələrinin fəaliyyətinin güzgüsü adlandırıb. İdarənin müdir müavini ən yaxşı məktəb saytlarının seçimində ümumi təhsil müəssisələrinin fəaliyyətinin geniş ictimaiyyətə operativ şəkildə çatdırılması, təhsil müəssisələrinin əldə olunan uğurları və qarşıda duran vəzifələri haqqında əhatəli informasiyaların verilməsi, xəbərlərin mütəmadi yenilənməsi, məzmun səlisliyi və dolğunluğu kimi meyarların əsas götürüldüyünü vurğulayıb. "Ən yaxşı məktəb saytı" müsabiqəsində fəaliyyətimizi qiymətləndirdiyinə görə Bakı Şəhəri üzrə Təhsil İdarəsinə məktəbimiz adından təşəkkürümüzü bildiririk.
Qalib şagirdimizMəktəbin 2r sinif şagirdi Səccad Cahangir "Ocaq Sport" Klubunun kişi idman gimnastikası üzrə 2-ci daxili birinciliyində lll yeri tutduğuna görə diplom və medalla təltif olunub. Şagirdimizi təbrik edir ,uğurlar arzulayırıq.
UĞUR QAZANAN ŞAGİRDİMİZMəktəbin 5c sinif şagirdi Əzizova Aylan "Qəlblərin harmoniyası 2" adlı uşaq və gənclərin rəqs festivalında müvəffəqiyyətlə iştirak edib. Şagirdimiz Aylan ll yerə layiq görülüb və Fəxri diplomla təltif olunub. Uğur qazanan şagirdimizi təbrik edir ,uğurlarının davamlı olmasını diləyirik.