Maraqlı riyaziyyat dərsi

   8"A" sinfinin riyaziyyat müəllimi Tanverdiyeva Gönçə 28.11.2019 tarixində "Açıq dərs" keçirib. "Açıq dərs"in mövzusu “Paraleloqrama aid məsələ həlli” olub.Şagirdlər mövzu barəsində fikir mübadiləsi aparib,təqdimatlar səsləndirib,yazı taxtasında çalışmalar həll ediblər .Müəllimə dərsi şagirdləri “Kvadrat”, “Romb”, “Trapesiya”, “Paraleloqram” qruplarına bölərək keçib,qruplar öz fəalliqları ilə seçilib. Əldə edilmiş yeni bilikləri daha da möhkəmləndirmək məqsədilə müəllim qrup işlərində verilmiş tapşırıqlarda şagirdlərə düstur əsasında misalı həll etməyi və ona uyğun model tərtib etməyi tapşırıb. Şagirdlər onlara verilən tapşırıqların öhdəsindən xüsusi cəldlik və məharətlə gəliblər. 

   "Açıq dərs"də məktəbin direktoru Məhərrəmova Yeganə, direktor müavini Səlimova Gültəkin və məktəbin riyaziyyat müəllimləri iştirak edib. Dərsin müzakirəsi zamanı müxtəlif fəaliyyət növlərindən istifadə, müəllim-şagird münasibətinin düzgün qurulması dərsin “Riyaziyyat fənn aylığı” çərçivəsində keçirilən uğurlu dərslərdən biri kimi yadda qalmasına səbəb olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi