Yol hərəkəti qaydalarını bilməliyik!

  Noyabr ayının 26-da məktəbimizin İbtidai sinif müəllimi Məmmədova Leylanın təşkilatçılığı ilə 4 "E" sinfində "Yol hərəkəti qaydaları" mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə şagirdlərə yol hərəkəti qaydaları haqqında ətraflı məlumatlar verilib və yolda daha diqqətli olmaları tövsiyə edilib. Yollarda uşaqların təhlükəsizliyinin təmin olunmasında profilaktik tədbirlərin və maarifləndirmə işlərinin vacibliyi vurğulanıb.

  Tədbirdə şagirdlərin yol hərəkəti nişanları və nəqliyyat növlərinə aid səsləndirdiyi şeirlər və mahnılar da maraqla qarşılanıb. Şagirdlər yol hərəkəti nişanları və qaydaları haqqında öyrəndiklərini müxtəlif səhnəciklərlə nümayiş etdiriblər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi