" Məktəbdə sağlam sosial emosional mühitin formalaşdırılması "

    25 noyabr 2019-cu il tarixində 90 nömrəli tam orta məktəbdə şagirdləri maarifləndirmək məqsədilə  "Bullinq nədir?" mövzusunda təbdir keçirilib. Məktəb direktorunun, direktor müavinlərinin və psixoloqun təşkilatçılığı ilə keçirilən bu tədbirdə şagirdlər fiziki, psixoloji, sosial zorakılıq formaları haqqında və bu zorakılıq formalarına qarşı müdafiə funksiyaları haqqında məlumatlandırılıb. " Məktəbdə sağlam sosial emosional mühitin formalaşdırılması " proqramı üzrə müzakirələr aparılıb.

   Tədbirin keçirilməsində əsas məqsəd məktəb şagirdlərini bullinq davranışları ilə tanış etmək və onun qarşısını almaqla şagirdlərə dəstək olmaqdan ibarət olmuşdur. Tədbir zamanı şagirdlərə mövzu ilə əlaqədar slayd və Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Mənimlə danış" adlı videoçarxı nümayiş etdirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi