Növbəti maarifləndirici ekskursiya

    90 nömrəli tam orta məktəbin şagirdləri payız tətili müddətində maarifləndirici ekskursiyalar edib . Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyində şagirdlər  Azərbaycan ədəbiyyatına və mədəniyyətinə aid məlumatlarla yaxında tanış olublar. Ədəbiyyatımıza aid fotomateriallar, rəsm əsərləri, sənədlər, kitablar, həmçinin şairlərin şəxsi əşyaları hamının marağına səbəb olub. Muzeyin tarixi, tarixi şəxsiyyətlər və hadisələr haqqında məlumatlandırılan məktəblilər müxtəlif dövrlərə aid eksponatlarla tanış olublar.

    Tətil günlərində məktəblilər üçün bu cür ekskursiyaların təşkil olunmasında əsas məqsəd şagirdlərin asudə vaxtlarını səmərəli təşkil etmək, onların dünyagörüşünü, bilik və bacarıqlarını artırmaq, uşaqlara milli-mənəvi dəyərlərimizə hörmət hissi aşılamaq, tariximiz və ədəbiyyatımız haqqında dolğun məlumatlar çatdırmaqdan ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi