Maarifləndirici tədbirlər

     " Qeyri-infeksion xəstəliklərlə mübarizə ilə bağlı Fəaliyyət Planı”na uyğun olaraq məktəbimizdə silsilə tədbirlər keçirilir “Sağlam həyat” adı altında şagirdlərin xüsusi fəallığı ilə keçən tədbirdə sağlam həyat tərzini təbliğ edən slaydlar , məlumatlar əks etdirildi. Alkoqolizmin və narkomaniyanın cəmiyyətimizə gətirdiyi bəlalar səhnələşdirilərək tamaşaçılara çatdırıldı.

    Məktəbimizdə həmçinin “2017-2021-ci illər üçün İİV/QİÇS-lə mübarizə üzrə Tədbirlər Proqramı”nın həyata keçirilməsi üzrə  IX-XI sinif şagirdləri arasında İİV infeksiyasının profilaktikası və bilik səviyyəsinin artırılması məqsədilə müvafiq maarifləndirmə işləri aparılmış, şagirdlər tərəfindən mövzu üzrə xüsusi bukletlər hazırlanmış və çap edilərək yayılmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi