Qobustan Milli Tarix-Bədii Qoruğuna ekskursiya

         Məktəbimizin 5R, 6R, 7R  sinif şagirdləri  Qobustan Dövlət Tarixi-Bədii Qoruğuna eksursiya ediblər.Ekskursiyada məktəbliləri müşayət edən müəllimlərdən S.Samirə ,Ə.Elmira, N.Leyla şagirdlərə Qobustan qaya təsvirləri haqqında maraqlı məlumatlar verdi.

         Ekskursiyaların təşkil olunmasında əsas məqsəd məktəblilərin asudə vaxtlarını səmərəli təşkil etmək, həmçinin, onların dünyagörüşünü, bilik və bacarıqlarını artırmaqdan ibarətdir.  Məktəblilər ekskursiya zamanı olduqları bu qədim tarixi yer haqqında məlumatları diqqətlə dinləyir, görməli yerlərin şəkillərini çəkir, onları maraqlandıran sualları bələdçilərə ünvanlayırdılar. Bu cür ekskursiyalar ölkəmizin tarixininin öyrənilməsində, şagirdlərin dünyagörüşünün artmasında, biliklərinin təkmilləşməsində əhəmiyyətli rola malikdir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi