12 Noyabr Konstitusiya Gününə həsr olunmuş “Dəyirmi masa”

       Noyabrın 12-də məktəbimizin 8F,7A siniflərində  Konstitusiya Gününə həsr olunmuş  “Dəyirmi masa” keçirilib. 
      "Dəyirmi masa"da milli Konstitusiyamızın qəbulundan ötən müddətdə ölkəmizin müstəqil, hüquqi və demokratik dövlət quruculuğu sahəsində, dünyaya inteqrasiyasında böyük uğurlar qazandığı qeyd olundu. 8F sinfinin tarix müəllimi Mirzəyev Maqsud  Azərbaycan Respublikasının Dövlət Konstitusiyasının yaranma tarixindən, tarixdə ilk qanun toplusundan şagirdlərə maraqlı məlumatlar verdi. Şagirdlərdən Q. Nərmin, Y. Mələk, M.Teymuraz, A. Ləman müzakirələrdə fəal iştirakı ilə seçilirdi. 

       7A sinfinin tarix müəllimi Bayramova Aynurə  isə öz növbəsində şagirdlərə  Konstitusiyamızda yer alan insan hüquq və vəzifələrindən, onun maddələrindən məlumat verdi. Sonda  şagirdlər öz müəllimlərinə təşəkkürlərini bildirdilər.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi