Konstitusiya Gününə həsr olunmuş "Dəyirmi masa"

        Bu gün Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 24 il ötür.Müstəqil Azərbaycanın ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minib. O gündən biz xalq olaraq daha da möhkəmlənmişik, inkişaf etmişik.

      Hər bir xalqın, millətin dayağı və güvənc yeri onun ordusu və bu orduda şərəflə xidmət edən mərd oğullarıdır. Azərbaycan tarix boyu yetişdirdiyi qəhrəmanları ilə hər zaman tanınıb. 

      12 noyabr məktəbimizdə Azərbaycan Respublikasının Konstitusiya Gününə həsr edilmiş   "Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmanlıq göstərmiş şəxslər"  mövzusunda  "Dəyirmi masa" keçirildi. Tədbirdə Azərbaycanın qəhrəman oğulları Səfiyar Behbudov, Əlif Hacıyev ,Çingiz Mustafayev ,Allahverdi Bağırov və başqa milli qəhrəmanlarımızın həyat və döyüş yolundan bəhs olunmuşdur. 8B sinfinin tarix müəllimi Şahbazova Humay  torpaqlarımızın azad olunmasında canlarından keçmiş qəhrəmanlarımızın şücaəti haqqında şagidlərə məlumat verdi. Şagirdlərdən H.Güllərin, M.Zəhranın, M.İslamın ,M.Muradın ,A.Fatimənin təqdimatları maraqla qarşılandı.Təqdimatlar səsləndikcə şagirdlərimizin əsl vətənpərvər ruhda yetişdiyinin şahidi olundu.

    Qəhrəmanlar hər zaman bizim qəlbimizdədir,onlar bizim qan yaddaşımızdır!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi